Dnestryanı Rusiyaya birləşəcəkmi? - BBC-nin reportajı

Dnestryanı Rusiyaya birləşəcəkmi? - BBC-nin reportajı
  04 Aprel 2014    Oxunub:1090
Krımın Rusiyaya birləşməsindən sonra Dnestraynıdan da analoji addım atmaq istədiyini bəyan etdi.

Bəzi məlumatlara görə, Dnestryanı hökuməti Rusiya prezidenti Vladimir Putinə bu məsələyə baxması üçün məktubla müraciət edib.

İlk dəfə Tiraspol Moldovadan ayrılmaq istəyini hələ SSSR-in dövründə,1989-cu ildə bəyan edib. 1992-ci ildə isə Tiraspol və Kişinyov arasındakı mübahisə hərbi münaqişəyə çevrildi. 1000 nəfər həmin münaqişənin qurbanı oldu.

Bəs görəsən Dnestr çayının ətraf ərazilərində Krım ssenarisinin həyata keçirilməsinə necə baxırlar? Yerli sakinlərinin məsələyə münasibətini BBC –nin müxbirləri araşdırıb. Hazırda yerli əhali bir neçə qrupa ayrılıb: Rusiyaya birləşmək istəyənlər, Moldovanın tərəfini saxlayanlar və sadəcə öz torpaqlarını qorumaq istəyənlər. Qeyd etdiyimiz kimi , Dnestryanı sakinlərin bəziləri Vladimir Putini ideal dövlət başşısı hesab edərək Rusiyaya birləşməyə üstünlük verir. Bəziləri rusların sözügedən torpaqlara gəlmə olduqlarını xatırladaraq Moldovanın tərkibində dostcasına yaşamağı təklif edir, bəziləri isə ümumiyyətlə gərginlik yaranmasını istəmirlər və yenidən münaqişə başlamasından ehtiyat edirlər.



















Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti