Senatdan CİA-ya işgəncə ittihamı - VİDEO

Senatdan CİA-ya  işgəncə ittihamı - VİDEO
  04 Aprel 2014    Oxunub:1176
Amerika Birləşmiş Ştatları Senatı Mərkəzi Kəşfiyyat İdarəsində (CİA) qeyri-insanı dindirilmə metodlarını müzakirəyə çıxarıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Senatın kəşfiyyat komitəsi təklif edib ki, CİA üzvlərinin işgəncə vasitəsilə dindirmələri ilə bağlı hesabat ictiamiyyətə təqdim olunsun.

Komitədəki səsvermədə demokratlarla yanaşı bəzi respublikaçı üzvlər də təklifin lehinə səs verib. Komitənin sədri Diana Feysteyn təkliflə bağlı fikirlərini səsləndirib: “Bu hesabatda qeyd olunan vəhşilik və barbarlıq bizim millətimizin dəyərləri ilə üst-üstə düşmür. Bu, bizim tariximiz üçün ləkədir və onun bir də təkrar edilməsinə icazə vermək olmaz”.

CİA agentləri xüsusilə terrorçuların dindirilməsi zamanı qeyri-insanı işgəncə üsullarından istifadə etməkdə günahlandırılır.
CİA-nin hüquq məsləhətçiləri isə Senat üzvlərini icazə almadan gizli xidmətin məlumatlarını ələ keçirdiklərinə görə Ədliyyə Nazirliyinə şikayət ediblər.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti