"Aİ Rusiya-ABŞ arasında danışıqlarda iştirak etməlidir"

"Aİ Rusiya-ABŞ arasında danışıqlarda iştirak etməlidir"
  05 Yanvar 2022    Oxunub:682
“Avropa İttifaqı ABŞ və Rusiya arasında gələn həftə planlaşdırılan danışıqlarda iştirak etməlidir”.
AzVision.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Luqansk vilayətində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi brifinqdə deyib.

"Rusiya ünsiyyət qurmaq istəyirsə, təbii ki, dialoq təşkil etmək lazımdır. Amma qarşıdan gələn danışıqlarda təkcə iki tərəf iştirak etməməlidir, çünki mövzular yalnız Rusiya Federasiyasına və ABŞ-a aid deyil. Avropada təhlükəsizlik məsələləri müzakirə olunacaqsa, avropalılar da bu danışıqların bir hissəsi olmalıdır”, - Borrell bildirib.

Eyni zamanda o, belə danışıqların bir günlük proses olmadığını etiraf edib: "Bu, həftələrlə, aylarla davam edə bilər"

Aİ rəsmisi Rusiyanın təklif etdiyi danışıqlardan imtinanın yaxşı fikir olmadığını əlavə edib. Borrell diqqəti Rusiya Federasiyasının təklif etdiyi gündəliyin Avropada təhlükəsizliyə və Ukraynaya aid olduğuna çəkib. Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyanın təhlükəsizlik sahəsində təklifləri ilə bağlı ümumi mövqe hazırlanacaq, o, ABŞ-la razılaşdırılacaq: "Biz ABŞ-dan olan tərəfdaşlarla koordinasiya edəcəyik. Rusiya istəsə də, istəməsə də, biz bu danışıqların bir hissəsi olmalıyıq".

AzVision.az


AzVision.az



Teqlər:  





Xəbər lenti