Qazaxıstanda iğtişaşlarda 8 polis və bir hərbçi ölüb
İğtişaşlarda daha 317 nəfər yaralanıb.
Xatırladaq ki, yanvarın 2-də Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri yanacağın qiymətinin artmasına etiraz edərək kütləvi şəkildə küçələrə axışıblar. Daha sonra etirazlar bütün Qazaxıstana yayılıb. Hakimiyyət Manqistau vilayətində maye qazın qiymətinin aşağı salındığını elan etsə də, vəziyyət sabitləşməyib. Etirazçılar iğtişaşlara əl atıblar. Hazırda qarşıdurma davam edir.
AzVision.az
Teqlər: Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


