Qazaxıstanda iğtişaşlarda 8 polis və bir hərbçi ölüb

   Qazaxıstanda iğtişaşlarda 8 polis və bir hərbçi ölüb
  05 Yanvar 2022    Oxunub:1063
Qazaxıstanda iğtişaşlar zamanı 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İğtişaşlarda daha 317 nəfər yaralanıb.

Xatırladaq ki, yanvarın 2-də Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri yanacağın qiymətinin artmasına etiraz edərək kütləvi şəkildə küçələrə axışıblar. Daha sonra etirazlar bütün Qazaxıstana yayılıb. Hakimiyyət Manqistau vilayətində maye qazın qiymətinin aşağı salındığını elan etsə də, vəziyyət sabitləşməyib. Etirazçılar iğtişaşlara əl atıblar. Hazırda qarşıdurma davam edir.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti