Ötən gün 30 nəfər şənliyə buraxılmayıb

Ötən gün 30 nəfər şənliyə buraxılmayıb
  08 Yanvar 2022    Oxunub:654
Yanvarın 7-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Qeyd edilib ki, 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti