Ceyhun Bayramov və Çavuşoğlu Qazaxıstandakı vəziyyəti müzakirə edib

   Ceyhun Bayramov və Çavuşoğlu Qazaxıstandakı vəziyyəti müzakirə edib
  06 Yanvar 2022    Oxunub:797
6 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
AzVision.az - a Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər, Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti