"Omikron"a yoluxanlar virusu simptomsuz keçirə bilərlər- ARAŞDIRMA

 "Omikron"a yoluxanlar virusu simptomsuz keçirə bilərlər-    ARAŞDIRMA
  06 Yanvar 2022    Oxunub:1723
Alimlər müəyyən ediblər ki, koronavirusun “Omikron” ştammına yoluxanlar COVID-19-u çox vaxt simptomsuz formada keçirirlər. Ancaq koronavirusun digər yeni ştammlarından fərqli olaraq, belə xəstələrin orqanizmində SARS-CoV-2 hissəciklərinin konsentrasiyası yüksəkdir. Onlar hesab edirlər ki, bu xüsusiyyət “Omikron” variantının sürətlə yayılmasının səbəblərindən biri ola bilər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma “medRxiv”də dərc edilib.

Məqalədə qeyd edilib ki, Sietldəki Vaşinqton Universitetinin professoru Lourens Korinin rəhbərlik etdiyi həkimlər bu ilin dekabr ayının əvvəlində CAR-da "Moderna" peyvəndinin klinik sınaqları çərçivəsində 300 nəfər arasında toplanmış məlumatları tədqiq ediblər. Onlardan bir hissəsi immun çatışmazlığı virusuna yoluxanlar və retrovirusa qarşı dərmanlar qəbul edənlər olub.

Tədqiqat iştirakçılarının təxminən üçdə biri koronavirusa yoluxub. Bu da alimlərə “Omikron” variantının immuniteti zəif olan insanlara nə qədər tez təsir etdiyini və infeksiyanın daha çox necə keçdiyini öyrənməyə imkan verib. Bunun üçün Kori və həmkarları vaxtaşırı tədqiqat iştirakçılarının PZR testini həyata keçirib və COVID-19-un xarakterik simptomlarını izləyiblər.

Nəticədə, alimlər “Omikron” ştammının iki unikal xüsusiyyətini müəyyən ediblər. Xəstələnən könüllülərin təxminən 31 faizi koronavirus infeksiyasını simptomsuz formada keçirdiblər, lakin onların orqanizmində virus hissəciklərinin konsentrasiyası qeyri-adi dərəcədə yüksək olub.

Alimlər hesab edirlər ki, bu nəticələr “Omikron” variantının dünyada niyə bu qədər sürətlə yayıldığını izah edə bilər. Onlar bu qənaətə gəliblər ki, araşdırma SARS-CoV-2-nin yeni növləri ilə mübarizədə mümkün qədər tez yeni sınaq sistemlərinin və peyvəndlərin hazırlanmasının zəruriliyini göstərir.

Bəhruz Əliyev
AzVision.az



Teqlər: Koronavirus  



Xəbər lenti