Türk Dövlətləri Təşkilatı Qazaxıstanla həmrəylik nümayiş etdirib

 Türk Dövlətləri Təşkilatı Qazaxıstanla həmrəylik nümayiş etdirib
  06 Yanvar 2022    Oxunub:296
Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın tvitter səhifəsində paylaşım edilib.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.

AzVision.az


Teqlər: Qazaxıstan  







Xəbər lenti