Almatıda 2 asayiş keşikçisinin başı kəsilib

   Almatıda 2 asayiş keşikçisinin başı kəsilib
  06 Yanvar 2022    Oxunub:920
Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 13 nəfərə çatıb, onlardan ikisinin başı kəsilib.
AzVision.az xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.

“13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb, ikisinin başı kəsilmiş cəsəd aşkar edilib”, - açıqlamada vurğulanıb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın köhnə paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib. Vəziyyət nisbətən sakitləşsə də, gərginlik hələ də qalmaqdadır. Ölkə prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə KTMT-nin sülhməramlıları artıq Qazaxıstana gəlib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti