Lukaşenko Qazaxıstanda etirazçıları üzr istəməyə çağırıb

Lukaşenko Qazaxıstanda etirazçıları üzr istəməyə çağırıb
  06 Yanvar 2022    Oxunub:1130
Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlara çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

"Belaruslular adından etirazçılara müraciət etmək istərdim. Onlara sadəcə olaraq deyərdim: hay-küy saldılar, qışqırdılar, bəsdir, danışmaq lazımdır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə razılığa gələ bilərsiniz . Gedib diz çöküb, , yaranmış çatı yumşaltmaq üçün hərbçilərdən üzr istəmək, Tokayevlə danışıqlara başlamaq lazımdır", - o deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus  



Xəbər lenti