"3+3" formatı üzrə növbəti görüş barədə razılığa gəlinib

"3+3" formatı üzrə növbəti görüş barədə razılığa gəlinib
  06 Yanvar 2022    Oxunub:1585
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlüd Çavuşoğlu 2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi üzrə “3+3” formatında ilk görüşü müsbət qiymətləndiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Lavrov və Çavuşoğlu arasında baş tutan telefon danışığı ilə bağlı məlumatda deyilir.

Qeyd edilib ki, növbəti görüşün yaxın gələcəkdə eyni tərkibdə keçirilməsi razılaşdırılıb.

Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəklədiyini ifadə edib.

AzVision.az





Teqlər: 3+3  



Xəbər lenti