Qazaxıstandakı iğtişaşlara görə Rusiya vətəndaşı saxlanılıb

Qazaxıstandakı iğtişaşlara görə Rusiya vətəndaşı saxlanılıb
  06 Yanvar 2022    Oxunub:746
Qazaxıstandakı iğtişaşlar zamanı bir Rusiya vətəndaşı saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Xabar 24" Kostanay vilayətinin polis idarəsi rəisinə istinadən məlumat yayıb.

- Ötən gecə bölgədə 245 nəfər saxlanılıb. Sonradan onların 35 nəfəri azad edilib. Bunlar azyaşlılar və qadınlar olub. Saxlanılanlar arasında digər ölkələrin sakinləri, o cümlədən bir rusiya vətəndaşı da var. Əcnəbilərin bölgəyə hansı məqsədlə gəldiyini polis araşdırmalıdır.

Qazaxıstanda onlarla həkim hücuma məruz qalıb
Polisin yaydığı məlumata görə, saxlanılanlar ictimai asayişi pozublar, skamyaları sındırıb, hər yeri zibilləyiblər və s. Hadisə yerindən molotov kokteyli və travmatik silah da aşkarlanıb. Bir polisin yaralanaraq xəstəxanaya yerləşdirildiyi deyilir. Hazırda onun həyatına heç bir təhlükə yoxdur,-məqalədə yazılıb.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terror təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndəriləcək.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qazaxıstan   İğtişaş  







Xəbər lenti