Almatıdakı Respublika meydanı radikallardan tamamilə təmizlənib - YENİLƏNİB

 Almatıdakı Respublika meydanı radikallardan tamamilə təmizlənib -  YENİLƏNİB
  06 Yanvar 2022    Oxunub:2538
Qazaxıstanın təhlükəsizlik qüvvələri iğtişaşların episentrinə çevrilmiş Almatıdakı Respublika meydanını radikallardan tamamilə təmizləyib.
AzVision.az xəbər verir ki, bu barədə TASS Agentliyinin yaydığı məlumatda qeyd edilib. Hadisə şahidlərinin sözlərinə görə, ölən və yaralananlar var, lakin hələlik rəsmi məlumat daxil olmayıb.

***
"Qazaxıstanın təhlükəsizlik qüvvələri Almatıdakı keçmiş prezident iqamətgahını iğtişaşçılardan təmizləyib, eyni zamanda şəhərdəki bütün hökumət binaları nəzarət altına alınıb"

AzVision.az xəbər verir ki, bu barədə ölkənin "Xəbər-24" telekanalı məlumat yayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatında Respublika meydanın radikallardan təmizləndiyi və orada vəziyyətin sakit olduğu qeyd edilib: " Şəhərin digər yerlərində xüsusi əməliyyat davam edir”.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti