Türkiyənin milli döyüş təyyarəsi 2025-ci ildə ilk dəfə uçuş edəcək

 Türkiyənin milli döyüş təyyarəsi 2025-ci ildə ilk dəfə uçuş edəcək
  06 Yanvar 2022    Oxunub:1271
Türkiyənin milli döyüş təyyarəsi 2025-ci ildə isə ilk uçuşunu həyata keçirəcək
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə təyyarə 2023-cü ildə bütün dünyaya tanıdılacaq:

"Milli döyüş təyyarəmiz Hərbi Hava Qüvvələrimizin vurucu gücü olaraq 2029-cu ildə göylərə qalxacaq. Müdafiə sənayesində daha planlı, daha sistemli və orta uzunmüddətli fəaliyyət göstərəcəyimiz bir dövrə qədəm qoyuruq. Əsgərlərimizin, polisimizin, jandarmımızın istifadə etdiyi silahları heç kimə arxalanmadan istehsal etməyə milli həssaslıqla yanaşırıq. Biz xaricdən istehsal edə biləcəyimiz məhsulların tədarükünə razılıq verməyəcəyik. Müdafiə sənayemizi inkişaf etdirmək və gücləndirmək bundan sonra da prioritetimiz olacaq", deyə Ərdoğan əlavə edib.

AzVision.az




Teqlər: Türkiyə   Müdafiə-sənayesi  





Xəbər lenti