Qazaxıstanda iğtişaşçılar ömürlük həbs edilə bilər

   Qazaxıstanda iğtişaşçılar ömürlük həbs edilə bilər
  06 Yanvar 2022    Oxunub:738
Qazaxıstanda baş verən hadisələrlə bağlı cinayət işi açılıb, terror aktlarına görə ibtidai istintaq başlanılıb
AzVision.az xəbər verir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı prokurorluğa istinadən məlumat yayıb.

Həmçinin məlumatda qeyd edilib ki, iğtişaşçılar 8 il və ya vətəndaşlıqdan azad edilməklə ömürlük həbs edilə bilərlər.

“Qazaxıstan Baş Prokurorluğu kütləvi iğtişaşların təşkili və iştirak etmə faktları üzrə cinayət işləri açıb, həmçinin terror aktlarının törədilməsi ilə bağlı ibtidai istintaq başlayıb”, - yayımda deyilir.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti