İtaliyada günlük yoluxma sayı 200 mini keçib

İtaliyada günlük yoluxma sayı 200 mini keçib
  07 Yanvar 2022    Oxunub:486
İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına daha 219 min 441 nəfər yoluxub.
AzVision.az xəbər verir ki, ölkədə koronavirusa ümumi yoluxma sayı isə 6 milyon 975 min 465-ə çatıb. 2020-ci ilin fevral ayından bu vaxtadək İtaliyada ilk dəfə COVID-19-a gündəlik yoluxma sayı 200 mini ötüb.

Səhiyyə Nazirliyindən bildirilib ki, ötən gün virusun qurbanlarının sayı 198 nəfər artaraq ümumilikdə 138 min 474-ə yüksəlib. Hazırda ölkədə 1 milyon 593 min 579 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı 1467 nəfərdir.

Keçən il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində isə bu günədək ölkədə 113 milyon 516 min 503 doza peyvənd tətbiq edilib.

AzVision.az


Teqlər: İtaliya   COVID-19  





Xəbər lenti