"Bütün regionlarda konstitusiya quruluşu bərpa olunub” - Tokayev

   "Bütün regionlarda konstitusiya quruluşu bərpa olunub” -    Tokayev
  07 Yanvar 2022    Oxunub:1243
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusiya quruluşunun bərpa olunduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

Prezident bildirib ki, yerli hakimiyyət orqanları ölkədə vəziyyətə nəzarət edir.

Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.
Görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti