Pakistan prezidenti yenidən koronavirusa yoluxub

Pakistan prezidenti yenidən koronavirusa yoluxub
  07 Yanvar 2022    Oxunub:788
Pakistan prezidenti Arif Alvi yenidən koronavirusa yoluxub.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.

O bildirib ki, COVİD-19 üçün verdiyi test müsbət çıxıb. Prezident vətəndaşları karantin tədbirlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Alvi sonuncu dəfə 29 mart 2021-ci ildə koronavirusa yoluxub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti