"Qazaxıstanda aksiyalara quldurlar və terrorçular rəhbərlik edib"

 "Qazaxıstanda aksiyalara quldurlar və terrorçular rəhbərlik edib"
  07 Yanvar 2022    Oxunub:891
"Qazaxıstanda keçirilən etiraz aksiyaları əvvəlcə dinc xarakter daşısa da, sonra kütləyə quldurlar və silahlı terrorçular rəhbərlik etdi".
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev deyib.

“Əvvəlcə etirazlar dinc xarakter daşıyırdı. Lakin sonradan dinc nümayişçilərin səsləri təxribatçıların zorakılıq çağırışlarında boğuldu... Kütləyə quldurlar və silahlı terrorçular başçılıq edirdilər”, - Abayev söyləyib.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb və toqquşmalar baş verib. Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Ölkəyə KTMT-nin sülhməramlıları yerləşdirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti