"Sülhməramlılar döyüş əməliyyatlarına qatılmırlar"- Qazaxıstan rəhbərliyi

 "Sülhməramlılar döyüş əməliyyatlarına qatılmırlar"- Qazaxıstan rəhbərliyi
  07 Yanvar 2022    Oxunub:1421
Qazaxıstandakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sülhməramlıları mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin administrasiyası məlumat yayıb.

Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının rəisi öldürülüb
- Bu missiya sülhməramlıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əsgərləri döyüş əməliyyatlarında iştirak etmirlər... Sülhməramlılar mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcəklər, - Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev deyib.
Onun sözlərinə görə, yanvarın 6-da Alma-Atanın "təmizlənməsi" əməliyyatının döyüş hissəsi “Arıstan”, “Arlan”, “Berkut” bölmələrinin və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT)
müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib.

Qeyd edək ki, Qazaxıstanın təhlükəsizlik xidmətinin rəsmiləri iğtişaşlar zamanı 26 radikalın məhv edildiyini və 3 minə yaxın insanın talanlarda iştirak etdiyi üçün saxlanıldığını bəyan edib. 18 polis isə həlak olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   Sülhməramlı  



Xəbər lenti