"Hərbi səbəblərə görə 1537 nəfərə əlillik təyinatı aparılıb" - Agentlik

   "Hərbi səbəblərə görə 1537 nəfərə əlillik təyinatı aparılıb" -    Agentlik
  07 Yanvar 2022    Oxunub:819
Hərbi səbəbdən əlilliyin təyin olunması ilə bağlı il ərzində 3444 nəfər müayinə olunub və onlardan 1537 nəfərə əlillik təyinatı aparılıb.
AzVision.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib. O bildirib ki, bu dövrdə əlillik təyinatı üçün müraciət edən 1853 nəfərə imtina verilib:

“Bunların 1580 nəfəri daha çox əlillik təyinatının edilməməsi səbəbilə olub. Cəmiyyətdə streotip var ki, hərbidən xəstəliyi, travmasına görə təxris olunub və ya müharibədə yaralanıbsa ona mütləq əlillik düşür. Burada travmanın bu günə görə orqanizmdə yaratdığı fəsadlaşamadan söhbət gedir. Bu ağırlaşma əlillik təyinatına əsas verirsə əlillik təyinatı aparılır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti