100 erməni hərbçi Qazaxıstana yola düşüb

100 erməni hərbçi Qazaxıstana yola düşüb
  07 Yanvar 2022    Oxunub:497
Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentində fəaliyyət göstərəcək erməni hərbçilər bu ölkəyə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kontingentin tərkibində 100 erməni sülhməramlı var.

Xatırladaq ki, bundan əvvəl 70 hərbçinin gönsəriləcəyi, lakin onların sayının arta biləcəyi barədə məlumat verilmişdi.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Sülhməramlı  





Xəbər lenti