İsrail sözündən qaçdı
Qeyd edək ki, 104 fələstinli məhbusun 4 mərhələdə azadlığa çıxması haqqında saziş ötən ilin yayında danışıqlara başlamamışdan öncə imzalanmışdı. İlk 3 qrup-78 nəfər 2013-cü ilin avqust, oktyabr və dekabr ayında azadlığa buraxılıb. 26 fələstinlidən ibarət olan 4-cü qrup isə aprelin 5-də buraxılmalı idi. Lakin İsrail son mərhələdə azad olunacaq fələstinlilərin amnistiyasını qeyri-müəyyən vaxta qədər təxirə salıb.
Bazar ertəsi Fələstin höküməti 26 məhbusun azad olunması üçün 24 saat vaxt vermişdi. Lakin İsrailin buna məhəl qoymadığını görən Fələstin lideri Mahmud Abbas 15 beynəlxalq təşkilatın konvensiyalarına qoşulması barədə sənədləri imzalayıb.
Teqlər: