Lukaşenko Putin və Paşinyanla Qazaxıstanı müzakirə edib

Lukaşenko Putin və Paşinyanla Qazaxıstanı müzakirə edib
  07 Yanvar 2022    Oxunub:973
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarıVladimir Putinl və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonda danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yaylb.

Qeyd olunub ki, Aleksandr Lukaşenko əvvəlcə Ermənistan lideri, daha sonra isə Rusiya lideri ilə beynəlxalq gündəmdəki aktual məsələləri, ikitərəfli münasibətləri və Qazaxıstanda baş verən hadisələri müzakirə edib.

Liderlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı kontingentinin fəaliyyətinə dair də fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti