Çində 6,3 bal gücündə zəlzələ baş verib

Çində 6,3 bal gücündə zəlzələ baş verib
  07 Yanvar 2022    Oxunub:746
Çinin Tsinxay əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələlərin episentri Tsizinçan şəhərindən 94 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanın ocağı 40 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti