"Oskar"ın ilk qaradərili laureatı vəfat etdi

"Oskar"ın ilk qaradərili laureatı vəfat etdi
  07 Yanvar 2022    Oxunub:1672
"Ən yaxşı kişi roluna görə" nominasiyası üzrə "Oskar" mükafatını alan ilk qaradərili aktyor Sidni Puatye 94 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
ABŞ və Baham adaları vətəndaşlığı olan aktyorun ölüm səbəbi barədə məlumat verilmir. Aktyor 1927-ci ildə Amerikanın Mayami şəhərində Baham adalarından gələn mühacir ailəsində anadan olub. Puatyeaktyorluq karyerası ərzində onlarla filmə çəkilib.

1963-cü ildə ekranlaşdırılan "Çölün zanbaqları" filminə görə "Ən yaxşı kişi roluna görər" nominasiyasında Oskar mükafatına layiq görülüb.Daha sonra diplomat kimi fəaliyyət göstərib. Xüsusilə, Puatye Baham adalarının Yaponiyadakı səfiri vəzifəsində çalışıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti