Qazaxıstanın Taldıkorqan şəhərində atışma davam edir - KİV

   Qazaxıstanın Taldıkorqan şəhərində atışma davam edir -    KİV
  07 Yanvar 2022    Oxunub:1503
Qazaxıstanın Almatı vilayətinin inzibati mərkəzi olan Taldıkorqanda gərgin vəziyyət davam edir, şəhərdə antiterror əməliyyatı davam edir. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Bildirilir ki, şəhərdə maşınlara və yoldan keçənlərə nadir hallarda rast gəlinir. Mərkəzi hissələrdə isə kiçik mağazalar qismən işini bərpa edib, canlanma hiss olunur. Eyni zamanda iri supermarketlər də işləmir. Antiterror əməliyyatı davam etdiyi üçün şəhər sakinləri evlərini tərk etməməyə çağırılıb.

“Bundan başqa, bir müddət sonra istintaq təcridxanasına tərəf atəş açılıb”, - deyə Sputnik Qazaxıstanın müxbiri əlavə edib. Daxili İşlər Nazirliyi hücumun dəf edildiyini bildirib.

AzVision.az


Teqlər: Qazaxıstan  



Xəbər lenti