"Terrorçular Almatıya ən azı altı dəfə hücum həyata keçiriblər" - Tokayev

  "Terrorçular Almatıya ən azı altı dəfə hücum həyata keçiriblər" -    Tokayev
  08 Yanvar 2022    Oxunub:1019
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Almata azı altı terror aktı dalğası ilə üzləşib. Tokayevin sözlərinə görə, quldurlar “çox yaxşı təlim keçmiş və mütəşəkkildirlər”, onlara vahid mərkəzdən əmr verilir.
"Onların bəziləri qazax dilində danışmırdı. Almatıda ən azı 6 terror aktı dalğası olub, ümumilikdə isə 20 min", - o, Twitter-də yazıb.

Tokayev daha əvvəl xalqa müraciəti zamanı qeyd etmişdi ki, iğtişaşlar zamanı “xarici fiqurlar” təhrikçi olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti