Qazaxıstanda iğtişaşlara görə ölkəyə 203 milyon dollar ziyan dəyib

   Qazaxıstanda iğtişaşlara görə ölkəyə 203 milyon dollar ziyan dəyib
  08 Yanvar 2022    Oxunub:971
Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş zərərin məbləği təxminən 203 milyon dollara çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb.

Cümə günü axşam saatlarında respublikada iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 200 milyon dollar təşkil edib. Ölkənin on regionunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər çəkib.

“Yanvarın 8-i saat 9.00-a olan məlumata görə, ümumi zərərin məbləği təxmini hesablamalara görə, 88,1 milyard tengədən (Almatıda - 86,8 milyard tengə) çox olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, respublikanın on regionunda 920-yə yaxın biznes subyekti və 1091 obyekt, o cümlədən Almatıda 856 subyekt və 1027 obyektə ziyan dəyib.

Pərvanə Suıtanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti