Qazaxıstan MTK-nin sabiq rəhbəri saxlanılıb

 Qazaxıstan MTK-nin sabiq rəhbəri saxlanılıb
  08 Yanvar 2022    Oxunub:773
Qazaxıstanın xüsusi xidmət orqanları respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimovu saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

K.Məsimov dövlətə xəyanətdə şübhəli bilinir.

"Bu il yanvarın 6-da Milli Təhlükəsizlik Komitəsi dövlətə xəyanətlə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsi ilə ibtidai istintaqa başlayıb. Elə həmin gün bu cinayəti törətməkdə şübhəli bilinən komitənin sabiq sədri Kərim Məsimov və digərləri saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, - məlumatda deyilir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Qazaxıstan  



Xəbər lenti