"NATO-nun şərqə doğru genişlənməsi təhlükəsizlik prinsipinə ziddir" - Səfir

"NATO-nun şərqə doğru genişlənməsi təhlükəsizlik prinsipinə ziddir" -    Səfir
  08 Yanvar 2022    Oxunub:1719
“Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi Avropada təhlükəsizliyin bölünməzliyinə dair kollektiv razılaşdırılmış prinsipə ziddir”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Newsweek” jurnalına açıqlamasında deyib.

“NATO-nun şərqə doğru genişlənməsi Avropada təhlükəsizliyin bölünməzliyi ilə bağlı ümumi və kollektiv razılaşdırılmış prinsipə ziddir. Transatlantik blokun özü soyuq müharibənin izidir”, - səfir vurğulayıb.

Orta Asiyada radikal ideologiyanın yayılması haqqında danışan Antonov bildirib ki, radikal dini ideologiyanın Mərkəzi Asiyada yayılmasına Qərbin Yaxın Şərqə hərbi müdaxiləsi səbəb olub: "Mərkəzi Asiyada radikal dini ideologiyanın daha da yayılması ciddi narahatlıq doğurur. Bu, Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin pozulması ilə bağlıdır ki, bu da öz növbəsində Qərbin insan haqları və demokratiyanın müdafiəsi bəhanəsi ilə hərbi müdaxiləsi nəticəsində baş verir".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti