Qazaxıstanın Taraz şəhərində 6 nəfər öldürülüb

Qazaxıstanın Taraz şəhərində 6 nəfər öldürülüb
  08 Yanvar 2022    Oxunub:776
Qazaxıstanın Taraz şəhərində keçirilən xüsusi əməliyyat zamanı 6 “terrorçu” məhv edilib, 7 polis yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

"Tarazda keçirilən xüsusi əməliyyat zamanı 6 terrorçu məhv edilib. Yeddi polis yaralanıb. Mülki əhali arasında itki yoxdu. Hazırda vəziyyət sakitdir, meydanda etiraz edən yoxdur. İctimai nəqliyyat işləyir. Bununla belə, internet bərpa olunmayıb", - açıqlamada deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti