|
| "Ukrayna sərhədi yaxınlığında 122 min rus hərbçisi var" - Danilov |
Müəllifin fikrincə əraziyə cəmlənmiş sözügedən qoşun birləşmələri 10 qrupa bölünüb. Onlardan ikisi Smolenskin Yelnya və Bryanskın Klintsy ərazisi yaxınlığında yerləşir. Voronej yaxınlığında isə daha üç qrup toplanıb. Bir qrup Volqoqrad vilayətində, ikisi "LDNR" (Luqansk-red) sərhədlərində, digər bir qrup isə Krasnodar diyarında və Krımda yerləşdirilib. Eyni zamanda, qəzet onu da yazır ki, rəsmi Moskvanın Ukraynaya hərbi müdaxiləyə cəhd edib-etməyəcəyi hələ tam aydın deyil.

Xatırladaq ki, Rusiya Ukraynaya hücuma hazırlıqla bağlı bütün ittihamları rədd edir. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Federasiyası öz ərazisində qoşun yerdəyişmələri etmək hüququna malikdir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


