“The New York Times” yeni hərbi xəritə yaydı-Ukrayna mühasirəyə alınır

 “The New York Times” yeni hərbi xəritə yaydı-Ukrayna mühasirəyə alınır
  08 Yanvar 2022    Oxunub:3092
ABŞ-ın məşhur “The New York Times” qəzeti son zamanlar Ukraynanı təhdid edən rus qoşunlarının yerləşmə mövqelərini əks etdirən xəritə dərc edib.
AzVision.az xəbər verir ki, ABŞ nəşri Rusiya ordusuna məxsus çoxsaylı hərbi qrupların Ukraynanı üç istiqamətdən mühasirəyə aldığını aşkara çıxarıb. Məqalə müəllifi iddia edir ki, xəritə Kiyev və Qərb rəsmilərinin məlumatları, həmçinin müstəqil hərbi analitiklər və kosmosdan çəkilmiş görüntülərdən istifadə edilməklə tərtib edilib.

"Ukrayna sərhədi yaxınlığında 122 min rus hərbçisi var" - Danilov
Yazıda Ukrayna sərhədləri yaxınlığında cəmləşmiş rus hərbçilərinin ümumi sayının ən azı 100 min nəfər olduğu qeyd edilir. Lakin Kremldə hazırlanan əməliyyatda isə 175 min rusiyalı hərbçinin bu prosesdə iştirak etdiyi bildirilir.

Müəllifin fikrincə əraziyə cəmlənmiş sözügedən qoşun birləşmələri 10 qrupa bölünüb. Onlardan ikisi Smolenskin Yelnya Bryanskın Klintsy ərazisi yaxınlığında yerləşir. Voronej yaxınlığında isə daha üç qrup toplanıb. Bir qrup Volqoqrad vilayətində, ikisi "LDNR" (Luqansk-red) sərhədlərində, digər bir qrup isə Krasnodar diyarında və Krımda yerləşdirilib. Eyni zamanda, qəzet onu da yazır ki, rəsmi Moskvanın Ukraynaya hərbi müdaxiləyə cəhd edib-etməyəcəyi hələ tam aydın deyil.



Xatırladaq ki, Rusiya Ukraynaya hücuma hazırlıqla bağlı bütün ittihamları rədd edir. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Federasiyası öz ərazisində qoşun yerdəyişmələri etmək hüququna malikdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Sərhəd   Qoşun   Xəritə  



Xəbər lenti