Tokayev operativ qərargahın iclasını keçirib

Tokayev operativ qərargahın iclasını keçirib
  08 Yanvar 2022    Oxunub:722
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə operativ qərargahın iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Tokayev iclasda deyib ki, KTMT bölmələrinin Nur-Sultanda təhlükəsizlik funksiyalarını yerinə yetirməsi Qazaxıstan hüquq-mühafizə orqanları qüvvələrinin bir hissəsini Almatıda antiterror əməliyyatı üçün ayırmağa imkan verib.

O, iğtişaşlar nəticəsində zərər dəymiş Almatı və digər şəhərlərdə inzibati, sosial və kommunal obyektlərin, infrastrukturun bərpası məsələsinə xüsusi diqqət ayırmağı tapşırıb. Tokayev ölkə vətəndaşlarının maraqları çərçivəsində vəziyyətin sabitləşdirilməsi üçün müvafiq qurumların operativ fəaliyyətinin təmin olunması üçün konkret tapşırıqlar verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti