Putin Tokayevin təklifini dəstəkləyib

 Putin Tokayevin təklifini dəstəkləyib
  08 Yanvar 2022    Oxunub:745
Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbut xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qazaxıstan prezidenti ölkədəki mövcud vəziyyət barədə ətraflı məlumat verib, onun sabitləşməyə doğru getdiyini deyib. O, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edib.

Prezidentlər Qazaxıstanda asayişin bərpası istiqamətində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar.

Kasım-Jomart Tokayev bildirib ki, indiki mərhələ KTMT-yə üzv dövlətlərin liderlərinin birgə müzakirəsini tələb edir. Bununla əlaqədar o, yaxın günlərdə təşkilatın hazırkı sədri Ermənistanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Şurasının videokonfransının keçirilməsi təşəbbüsünü irəli sürüb.

Putin KTMT ölkələrinin liderlərinin videokonfransının keçirilməsi barədə həmkarının təklifini dəstəkləyib.

Tərəflər daim təmasda olmaq barədə razılığa gəliblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Qazaxıstan  



Xəbər lenti