Ukrayna Krıma Rusiyadan gedənləri cəzalandıracaq

Ukrayna Krıma Rusiyadan gedənləri cəzalandıracaq
  05 Aprel 2014    Oxunub:1036
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ukrayna Rusiya ərazisindən Krıma daxil olan insanları cəzalandırmaq niyyətindədir.
Bu haqda jurnalistlərə Ukrayna Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti idarəsinin rəis müavini Aleksandr Jdanenko bildirib.

Onun sözlərinə görə Krım hadisələrindən sonra Ukraynaya daxil olmaq istəyən şəxs ya cərimə olunacaq yada ölkədən çıxarılacaq. Yarımadaya birbaşa təyyarə və ya bərə ilə gələn insanlar dövlət sərhədinin pozucuları sayılır, çünkü onların pasportunda müfaviq ştamp yoxdur.

Əgər ruslar Krıma Ukrayna ərazisindən avtomobil və ya qatarla gedərsə o zaman hökümətlə heç bir problemi olmayacaq.
Ukrayna hakimiyyəti insanların Krımda olub olmadığını necə aydınlaşdıracağını Jdanenko izah etməyib.


Teqlər:  





Xəbər lenti