“ARATTA-VAN” qeyri-hökumət təşkilatının rəhbəri, jurnalist və hüquq müdafiəçisi Arsen Sarkisyan Rusiya Prezidenti Vladimir Putinin ünvanına xoşagəlməz ifadələr işlədib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, o öz Facebook səhifəsində Rusiyaya məxsus tankların Qazaxıstana necə daxil olmasını əks etdirən videonu paylaşaraq Moskvanın Asiya ölkəsini zəbt etməyə başladığını yazıb.
- Putin “xilaskardır”, yoxsa tankları olan işğalçı? Görün Putin çoxdan ölmüş diktator Stalin kimi ağır texnikalarla Qazaxıstanı necə fəth edir... Mən ABŞ-ı diktator Putinə qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıram,-Sarkisyan deyib.
Qeyd edək ki, bəzi Qərbmeyilli erməni saytları da məlum videonu paylaşaraq sülhməramlı missiyanın bu qədər ağır texnika ilə hansısa mitinqlər keçirilən kiçik ölkəyə daxil olmasını anormal hal kimi qiymətləndiriblər.