|
| Qazaxıstdanda silah daşıyan Ermənistan nömrəli avtomobil saxlanılıb- VİDEO |
Səfirlik əməkdaşının sözlərinə görə, antiterror tədbirləri həyata keçirilib. Binalara baxış aparılıb və heç bir partlayıcı qurğu və ya partlayıcı maddə aşkar edilməyib. Ermənistan səfirliyinin mühafizə xidməti gücləndirilmiş iş rejiminə keçib.
Rusiyanın bəzi saytları isə oxşar halın Belarus səfirliyində də yaşandığını yazıblar.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


