Tokayev Tacikistan liderinə təşəkkür edib

Tokayev Tacikistan liderinə təşəkkür edib
  08 Yanvar 2022    Oxunub:707
Tacikistan prezidenti Emoməli Rəhmon qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları Qazaxıstandakı vəziyyəti ətraflı müzakirə ediblər. Tokayev Rəhmonu vəziyyətə nəzarət, sülh və əmin-amanlığın bərqərar edilməsi üçün görülən tədbirlər, habelə ölkədə faciəvi hadisələri törədənlərin əsas məqsədləri barədə məlumatlandırıb.

Qazaxıstan prezidenti asayişin qorunmasına və sabitliyin təmin edilməsinə kömək etmək üçün KTMT tərkibində ölkəyə tacik sülhməramlılarının göndərilməsinə və dəstəyə görə Rəhmona və bütün tacik xalqına təşəkkür edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti