Fransa və Almaniya liderlərinin müşavirləri Kiyevə səfər edəcək

Fransa və Almaniya liderlərinin müşavirləri Kiyevə səfər edəcək
  08 Yanvar 2022    Oxunub:740
"Normand formatı" iştirakçısı olan ölkələrin - Fransa və Almaniya liderlərinin siyasi məsələlər üzrə müşavirləri gələn həftə Kiyevə səfər edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak deyib.

O, həmçinin bildirib ki, son iki gündə Almaniya kanslerinin xarici siyasət üzrə müşaviri Yens Pletner və Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonnla telefon danışığı aparıb.

“Biz mövcud vəziyyət kontekstində fəaliyyətlərimizi əlaqələndirməyə davam etməyə razılaşdıq. Bundan sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfred ilə də danışıb, Ukrayna sərhədləri ətrafındakı mövcud vəziyyəti və təhlükəsizlik aspektlərini müzakirə etdik", - Yermak söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti