Tokayev Təhlükəsizlik Şurası katibinin müavinini işdən azad etdi

Tokayev Təhlükəsizlik Şurası katibinin müavinini işdən azad etdi
  08 Yanvar 2022    Oxunub:752
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azamat Abdımomunovu Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə qərarın mətni dövlət başçısının saytında dərc olunub.

“Prezidentin sərəncamı ilə Abdımomunov Azamat Kurmanbekoviç Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilib”, - sənədin mətnində deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti