İranda məhkəmə işçiləri etiraz aksiyası keçirib.

İranda məhkəmə işçiləri etiraz aksiyası keçirib.
  08 Yanvar 2022    Oxunub:199
İranda məhkəmə sistemi işçiləri bir neçə şəhərdə etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, etirazçılar parlamentdə məhkəmə sistemi işçilərinin maaşlarının artırılması layihəsinin qəbul olunmamasına və sosial vəziyyətlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirib.

İran parlamenti yanvarın 5-də məhkəmə sistemi işçilərinin və hakimlərin maaşlarının artırılması layihəsinin əleyhinə çıxıb.

Sosial şəbəkələrdə yayılmış videolardan görünür ki, paytaxt Tehranda bir qrup məhkəmə sistemi işçisi prezident İbrahim Rəisinin əleyhinə şüarlar səsləndirib. Aksiyaların Şəhrkürd, Kirmanşah, İsfahan və Əhavaz şəhərlərində keçirildiyi bildirilir.

AzVision.az

Teqlər: İran   Aksiyalar  







Xəbər lenti