Hər zaman olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq - Hulusi Akar

   Hər zaman olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq -    Hulusi Akar
  08 Yanvar 2022    Oxunub:1312
"İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə Qazaxıstandakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.
"Dostumuz Qazaxıstanla tarixi mədəni əlaqələrimiz, hərbi və təhsil sahəsində əməkdaşlığımız da daxil olmaqla müsbət münasibətlərimiz var. Əməkdaşlığımız davam edir. Biz son hadisələri yaxından izləyirik. Qazaxıstan bizim mühüm müttəfiqimizdir. Qazaxıstanda sülh və əmin-amanlığın bərpası vacibdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək. Biz həmişə olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq.

AzVision.az





Teqlər: Türkiyə   Qazaxıstan  



Xəbər lenti