Bolqarıstanda 300 minə yaxın vətəndaşın şəxsi məlumatları cəmiyyətə sızıb

Bolqarıstanda 300 minə yaxın vətəndaşın şəxsi məlumatları cəmiyyətə sızıb
  08 Yanvar 2022    Oxunub:935
Bolqarıstanda ölkə rəhbərliyi və partiya liderləri də daxil olmaqla 300 minə yaxın vətəndaşının şəxsi məlumatları ictimaiyyətə sızıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Milli Məclis sədrinin şəxsi telefon nömrəsi və ev ünvanı, müavinləri, kənd təsərrüfatı naziri və digərlərinin məlumatları ictimaiyyətə açıqlanıb.

Açıqlanan siyahılarda yüzlərlə tanınmış jurnalist və ictimai xadimin adı var.

Sızma şəxsiyyət kodlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinin yanvarın 4-də qüvvəyə minməsindən sonra qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Bolqarıstan   Şəxsi-məlumatlar  



Xəbər lenti