Türkiyədə koronavirusdan 141 xəstə də öldü

Türkiyədə koronavirusdan 141 xəstə də  öldü
  08 Yanvar 2022    Oxunub:832
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı son cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 264 nəfərin test edildiyi, 66 min 237 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 34 min 592 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

AzVision.az



Teqlər: Türkiyə   Korona  



Xəbər lenti