Qazaxıstanda 5 mindən çox adam saxlanılıb

Qazaxıstanda 5 mindən çox adam saxlanılıb
  09 Yanvar 2022    Oxunub:590
Hazırda bütün Qazaxıstanda iğtişaşlarda iştirak etmiş 5135 nəfər saxlanılıb.
AzVision.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər naziri vəzifələrini icra edən Yerlan Turqumbayev soyləyib.

Qazaxıstanın daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev ölkədə baş verən iğtişaşların təfərrüatlarını açıqlayıb. Almatıdakı vəziyyətdən danışan Turqumbayev bildirib ki, toplaşanlar heç bir tələb irəli sürməyib və danışıqlara getməyib.

"Dövlət məmurlarına qarşı zor tətbiq etmə, xuliqanlıq, adam öldürmə, o cümlədən quldurluq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlanılıb. 5 mindən çox adam nəzarətə saxlanılıb", - deyə nazirlikdən bildirilib.

AzVision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti