Qazaxıstanda 120-dən çox daxili reys təxirə salınıb

Qazaxıstanda 120-dən çox daxili reys təxirə salınıb
  09 Yanvar 2022    Oxunub:873
Qazaxıstanda Almatı Beynəlxalq Hava Limanının bağlanmasına səbəb olan iğtişaşlar və internet bağlantılarının kəsilməsi səbəbindən 120-dən çox daxili reys təxirə salınıb. AzVision.az xəbər verir ki, bu barədə Respublika Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 9-na ümumilikdə 224 reys planlaşdırılır (Air Astana və Fly Arystan - 144, SCAT - 58, Qazaq Air - 22), onlardan 11 reys gecikib, 129 reys təxirə salınıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bütün uçuşların gecikməsi və ləğv edilməsinin əsas səbəbləri kimi “Almatı hava limanının bağlanması, uçuşa hazırlaşmaq üçün internetlə bağlı problemlər, çətin hava şəraiti, eləcə də uçuşların gec gəlməsi (zəncirvari reaksiya) göstərilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti