KTMT dövlət başçılarının görüşünün vaxtı açıqlandı

   KTMT dövlət başçılarının görüşünün vaxtı açıqlandı
  09 Yanvar 2022    Oxunub:1169
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı yanvarın 10-da tbaş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, İrəvan təşkilatın sədri kimi Kollektiv Təhlükəsizlik Şurasının iclasını çağırır. Bu təkliflə daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti